📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jorjinyo Türkiyə klubuna keçir

2023-09-05 19:11:33

Jorjinyo Türkiyə klubuna keçir

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Jorjinyo Frello karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

31 yaşlı italiyalı futbolçu "Fənərbağça" ilə razılıq əldə etmək üzrədir.

Bu barədə məlumatı türkiyəli jurnalist Arda Biben yayıb.

Xəbərə görə, Jorjinyo İstanbul təmsilçisinin təklifinə müsbət yanaşıb.

Qeyd edək ki, onun "Arsenal"la müqaviləsinin müddəti gələn ilin 30 iyununda bitir.\\Offsideplus.az