"Joxovurd": Ermənistan hakimiyyəti Arutunyandan "əlini üzüb"
2023-06-30 17:10:00
Ermənistan hakimiyyəti Qarabağdakı erməni separatçı anklavının “prezidenti” Arutyunyana Azərbaycanla danışıqların gedişi barədə məlumat vermir. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzetdə qeyd edilir ki, Arutyunyanın artıq Ermənistan hakimiyyətinə ümidi yoxdur və anklavın gələcəyi qeyri-müəyyəndir. O, Qarabağdakı rus hərbi kontingentinə də ümidini itirib, çünki onların missiyası “sülhməramlı” olduğuna görə, azərbaycanlılarla birbaşa qarşıdurmaya gedə bilmirlər".
Ülviyyə, Hurriyyet.az