📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Joxovurd: Nikol Paşinyan səlahiyyətlərə doymur

2023-12-02 16:49:48

Joxovurd: Nikol Paşinyan səlahiyyətlərə doymur

Hələ 2018-ci il iyulun 20-də Nikol Paşinyan bəyan etmişdi ki, o, baş nazirin səlahiyyətlərinin azaldılması istiqamətində addımlar atmaq niyyətindədir. Lakin bundan sonra onun fəaliyyəti söylədiyi ifadələrlə ziddiyyət təşkil edib.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazır.

“Fakt budur ki, Paşinyana yeni səlahiyyətlər yüklənir. Bundan sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru və onun müavinlərini prezident deyil, baş nazir vəzifəyə təyin və vəzifədən azad edəcək. Beləliklə, Nikol Paşinyana daha bir səlahiyyət veriləcək, halbuki əvvəllər həmin Paşinyan super-baş nazir sistemindən şikayətlənirdi”, – deyə yazıda qeyd olunur.

Musavat.com