Joze Mourinyo "Fənərbaxça" ilə rəsmi müqavilə imzalayıb
2024-06-02 22:03:16
Hurriyyet.az
"Fənərbaxça"nın anlaşaraq İstanbula gətirdiyi Joze Mourinyo "Şükrü Saraçoğlu Stadionu"nda 45 min azarkeş qarşısında 2+1 illik rəsmi müqavilə imzalayıb.
Mourinyo və Ali Koç birlikdə 19:07-də tribunaları salamlayıb, mərasimdə açıqlamalar veriblər.
Koç, "O, şübhəsiz ki, dünya tarixinin ən yaxşı 5 məşqçisindən biridir" deyib. Mourinyo isə, "Futbol sizin və bizim üçün bir ehtirasdır. Hiss edirəm ki, bu həvəsi hiss edə biləcəyim bir yerdəyəm. Sizin arzularınız mənim arzularımdır", - deyib.
Hurriyyet.az xəbər verir ki, Joze Mourinyo mərasimdə etdiyi açıqlamada bu sözlərdən istifadə edib: "Fənərbaxça forması artıq bədənimin bir parçasıdır, bu dəqiqədən etibarən sizin xəyallarınız mənim xəyallarımdır"