📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jurnalist Kubra Məhərrəmova vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırıb - VİDEO

2024-09-06 22:05:13

Jurnalist Kubra Məhərrəmova vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırıb - VİDEO

"Vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa, xüsusilə Report İnformasiya Agentliyi, "Oxu.az" portalı və "Baku TV"ni izləməyə çağırıram. Çünki ən dəqiq xəbərləri bu informasiya resurslarından əldə etmək olar".

Hurriyyet.Az xəbər verir ki, bunu jurnalist Kubra Məhərrəmova "Baku TV"yə açıqlamasında deyib.

O, Rusiya sülhməramlılarının aksiya iştirakçılarına guya ərazini tərk etmək üçün müəyyən vaxt verdiyinə də aydınlıq gətirib: “Şayiələr gəzir ki, guya bizə günortaya qədər vaxt verilib və aksiyanı saxlayıb ərazini tərk etmədiyimiz halda hansısa hadisələr yaşanacaq. Heç kim bizə vaxt qoya bilməz. Volkov hələ də gəlib çıxmayıb. Burada keçirilən aksiyada hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur”.

Daha ətraflı süjetdə: