📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - Fotolar

2026-10-10 18:08:27

Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - Fotolar

Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindən oğurlanan bürünc barelyef bərpa edilərək yerinə quraşdırılıb.

Hurriyyet.net   Anews.az saytına istinadən xəbər verir ki, barelyefin sentyabrın 9-da yoxa çıxdığı məlum olub.

Həmin gün polis əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış abidəni aşkarlayıblar.

Kompozisiyanın üzərindəki yazılar kəsildiyindən barelyefin yenidən hazırlanmasına qərar verilib. Bərpa işləri dövlət dəstəyi hesabına həyata keçirilib.