📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Jurnalistlər məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılovdan AÇIQLAMA

2022-01-24 13:26:00

“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Bilirik ki, bu sahədə problemlər mövcuddur”. 

Hurriyyet.az-ın məlumatına əsasən, bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. 

O bildirib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır. 

“Biz belə bir müstəvinin formalaşmasının tərəfdarıyıq”, - deyə Əhməd İsmayılov əlavə edib. 

Əhməd İsmayılov bildirib ki, gələcəkdə xarici ekspertlər də bu cür təlimlərə cəlb oluna bilər.