Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
2026-11-20 13:01:24
Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” platformalarında paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək.
Hurriyyet.net xəbər verir ki, bu, Media və Yayım Şurasının yeni qaydalarında öz əksini tapıb.
Belə ki, jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında yerləşdirdiyi paylaşımlar da qiymətləndirmə prosesinə daxil ediləcək. Paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım və saxlamaların (save) ümumi sayı hesablanacaq.
Qeyd olunub ki, göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır.