📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kabil aeroportu tezliklə nəzarətimizə keçəcək - Taliban

2021-08-30 11:16:00

Kabil aeroportu tezliklə nəzarətimizə keçəcək - Taliban

Taliban Kabil hava limanının bir hissəsinə artıq nəzarət edir.

HURRİYYET.az xəbər verir ki, bunu Talibanın rəsmi nümayəndəsi Zəbiullah Mücahid deyib.

O, tezliklə, hava limanının geri qalan hissəsinin də Talibanın tam nəzarətinə keçəcəyini bildirib:

“Amerika hava limanındakı bir neçə zonadan çıxıb, onlar Talibanın nəzarətinə keçiblər. Biz gözləyirik ki, xarici dəstələr tam olaraq hava limanından gedəcəklər. Tezliklə hava limanı tam olaraq taliblərin nəzarətinə keçəcək”.