📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kabil aeroportunda terror aktları nəticəsində ölənlərin sayı 200-ə çatıb - YENİLƏNİB

2021-08-27 22:53:00

Kabil aeroportunda terror aktları nəticəsində ölənlərin sayı 200-ə çatıb - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı artaraq 200 nəfərə çatıb.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bundan əvvəl 170 nəfərin öldüyü deyilirdi. \\APA

***

Saat 18:18

Ötən gün Kabil Beynəlxalq Hava Limanında törədilmiş terror aktları nəticəsində ölənlərin sayı artıb.

Əfqanıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aeroportda ölənlərin sayı 170 nəfərə çatıb.

Qeyd edək ki, terror aktları zamanı 13 ABŞ hərbçisi həyatını itirib, 18 amerikalı hərbçi xəsarət alıb. \\APA