📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kabul aeroportu bombalandı

2021-08-30 14:43:00

Kabul aeroportu bombalandı

 

Hurriyyet.az xəbər verir ki, Kabul aeroportu raket hücumuna məruz qalıb. Bu gün səhər Kabul hava limanına 5 raket atılıb. Bu barədə açıqlamanı CNN kanalı adının çəkilməsini istəməyən amerikalı mənbəyə əsasən verib. Telekanalın müsahibinin sözlərinə görə, müdafiəni dəf eləmək üçün antiraket sistemindən istifadə edilib. O bütün raketlərin dəf edilib-eilmədiyini dəqiqləşdirməyib. Məmurun sözlərinə görə, raket zərbələrinin qurbanları barəsində məlumat daxil olmayıb. O, hücumun arxasında İŞİD terror təşkilatının dura biləcəyi ehtimalını səsləndirsə də, bu ehtimalın hələ təsdiq edilmədiyini də əlavə edib.

Şənbə günü ABŞ Prezidenti Cozef Bayden Amerika hərbi komandanlığının 24-36 saat ərzində Kabul aeroportu rayonunda yeni terror aktı baş verəcəyini gözlədiyini deyib. Amerikalılara bu rayonu tərk eləmək məsləhət görülüb

Avqustun 27-də isə kamikadze terrorçu Kabul aeroportu yaxınlığında partlayıcı qurğunu işə salmışdı. Partlayış nəticəsində 200 nəfər əfqan və 13 amerikalı hərbçi həlak olmuşdu. Bu terror aktından sonra İŞİD-in Xorasan qolu məsuliyyəti öz üzərinə götürmüş,  ABŞ Prezidenti Co Bayden isə İŞİD-in Əfqanıstandakı mövqelərinə zərbələr endiriləcəyini bildirmişdi. Baydenin çıxışından bir sutka sonra Amerika hərbçiləri ilk zərbəni endirmişdilər.