Kabulda qanlı terror – ölənlər və yaralananlar var
2021-11-02 15:54:00
Hürriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabul şəhərində bomba partlayışı baş verib. Terror nəticəsində 15 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Vəzir Əkbər Xan rayonundakı Sərdar Məhəmməd Davud Xan xəstəxanasının qarşısında ard-arda iki dəfə bomba partladılıb.
Partlayışlardan sonra xəstəxananın içərisindən silah səsləri eşidilib.
“Taliban” hökuməti hələlik hadisə ilə bağlı açıqlama verməyib. Əraziyə giriş-çıxış qadağan edilib.
Hürr Tərcüman