Kabuldakı terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb
2021-11-03 11:42:00
Hurriyyet.az “Frans Press” informasiya agentliyinə istinadən xəbər verir ki, dünən Əfqanıstanın paytaxtı Kabul şəhərində, hərbi hospitalın ərazisində baş vermiş terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Məlumatda eyni vaxtda 5 nəfər İŞİD yaraqlısının koordinasiya edilmiş hücumlar etdiyi bildirilir.
Terror aktı nəticəsində 23 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Hürr Tərcüman