📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadi Borges "Qarabağ"dan getdi - RƏSMİ

2023-01-04 20:25:00

Kadi Borges

"Qarabağ"ın ulduz futbolçusu Kadi Borges Rusiyanın "Krosnadar" klubuna transfer olunub.

Hurriyyet.Az xəbər verir ki, "Qarabağ" klubu məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Klubun yaydığı açıqlamada deyilir: "Futbolçumuz Kadi Borgesin transferi ilə bağlı Rusiyanın "Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşmışdır. Danışıqların yekununa əsasən futbolçu tibbi müayinədən keçdikdən sonra "Krasnodar” klubu ilə rəsmi müqavilə imzalayacaq. Keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək.