Kadi "Krasnodar"da qalır, ya gedir? - AÇIQLAMA
2023-06-22 22:26:00
Helsio Alisk agenti olduğu "Krasnodar"ın futbolçusu Kadi Borgesin klubdakı gələcəyini şərh edib.
Braziliyalı yarımmüdafiəçisi yanvarda "Qarabağ"dan "Krasnodar"a keçib və klubu ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb.
H.Alisk "Sport ekspress"ə açıqlamasında deyib:
“Kadinin "Krasnodar"la müqaviləsi var. O, bu klubda olmaqdan xoşbəxtdir. Şəhərin özünü də bəyənir.
Kadinin klubu tərk etmək şansı nə qədərdir? O, "Krasnodar"da oynamağa davam edəcək”.
27 yaşlı futbolçu ötən mövsüm Rusiya təmsilçisinin heyətində 11 oyuna çıxıb, 3 qol vurub və 1 qolun ötürməsini verib.\\Sportinfo.az