📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırov Aİ-nin qızlarına sanksiya qoymasını sevinclə qarşıladı

2022-12-17 16:17:00

Kadırov Aİ-nin qızlarına sanksiya qoymasını sevinclə qarşıladı

Çeçenistan rəhbəri Ramzan Kadırov Avropa İttifaqının (Aİ) qızları Ayşat və Karinaya qarşı sanksiyalar tətbiq etməsinə sevinib.

Hurriyyet.az bildirir ki, Kadırov bu məhdudiyyətləri onların ailəsini birləşdirən amil adlandırıb.

Bu barədə o, sosial şəbəkədə hesabında yazıb. “Hörmətli Ayşat və Xədicət, belə davam edin. Siz mənim kiçik və kövrək qızlarımsınız, amma bütün Qərb sizdən od kimi qorxur! Sizinlə hədsiz qürur duyuram. Aİ-nin sanksiyalar siyahısına xoş gəlmisiniz!”. 

Kadırov həmçinin bildirib ki, ona qarşı tətbiq edilən sanksiyaların sayına görə tezliklə “Ginnesin Rekordlar Kitabına” düşə bilər.

Qeyd edək ki, Avropa İttifaqının 9-cu sanksiyalar paketinə 200-ə yaxın şəxs və təşkilat, hakimlər, məmurlar, media nümayəndələri, deputatlar daxil edilib. Onlar arasında Çeçenistan rəhbərinin qızları - Ayşat və Karina da var.

sfera.az