📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırov danışıqların əleyhinə olduğunu bildirdi: “Əvvəlcə banderovçuları və şeytanları öldürmək lazımdır”

2022-03-29 13:48:00

Kadırov danışıqların əleyhinə olduğunu bildirdi: “Əvvəlcə banderovçuları və şeytanları öldürmək lazımdır”

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukrayna ilə Rusiya arasındakı sülh danışıqlarının əleyhinə çıxış edib. Kadırov öz “Teleqram” kanalındakı açıqlamasında əvvəlcə “banderovçuları və şeytanları” məhv eləmək, yalnız bundan sonra nə eləməyi fikirləşmək lazım olduğunu bəyan edib. Kadırov deyib: “Mən öz fikrimə əminəm – bu danışıqların heç bir faydası olmayacaq. Məncə, başladığımız işi tam axıra çatdırmaq lazımdır: banderovçuları, naçikləri və şeytanları məhv eləməliyik. Yalnız o zaman sonra nə etmək lazım olduğu barədə qərar verilməlidir”.

Xəbər verdiyimiz kimi, bu gün Ukrayna ilə Rusiyanın nümayəndə heyətləri Türkiyənin İstanbul şəhərində görüşüblər. Türkiyə prezidenti R.T.Ərdoğan danışıqların başlanmasından əvvəl çıxış edərək tərəfləri sülhə çağırıb.

Rusiya mətbuatı Kadırovun Ukraynanın Mariupol şəhərində olduğunu xəbər verib.

Hürr Tərcüman