Kadırov Ərdoğanı təhdid elədi: “Öcalana heykəl qoyarıq”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Çeçenistan Respublikasının başçısı, II Çeçen Müharibəsində Rusiyanın tərəfində döyüşmüş Ramzan Kadırov Türkiyənin Kocaeli rayonunda Cövhər Dudayev Parkının açılmasına etirazını bildirərək, Türkiyəyə qarşı çirkin təhdidlər edib.
Cövhər Dudayev Çeçenistanın ilk prezidenti və ölkəsinin Rusiyadan ayrılması uğrunda həyatını qurban vermiş şəhiddir.
Kadırov sosial şəbəkələrdə açıqlama verərək, Türkiyə dövlətini və onun Prezident R.T.Ərdoğanı “terrorçuları dəstəkləməkdə ittiham edib.
Kadırov buna cavab olaraq, Ərdoğanı PKK terrorçularının başçısı, hazırda həbsdə olan A.Öcalanın heykəlini qoymaqla təhdid edib: “Türkiyə həbsxanalarından birində ömürlük həbs cəzası çəkən Abdullah Öcalanın adını Qroznıda əbədiləşdirmək bizim tərəfimizdən çox məntiqli və siyasi cavab olardı”.
1994-cü il dekabrın 11-də Rusiyanın Çeçenstana qarşı hərbi əməliyyatına cavab olaraq cihad elan edən və 1996-cı il aprelin 21-də cəbhədə şəhid olan Dudayev Türkiyəni türk dünyasının və islam aləminin ümid işığı adlandırmışdı: “Yaddan çıxarmayın ki, Türkiyə həm türk dünyasının, həm də islam aləminin ümid işığıdır. Bu işığın sönməsi həm islam aləminin,həm də türk dünyasının qaranlıqda qalması demək olar”.
Hürr Tərcüman