📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırov KTMT ölkələrini buna görə QINADI

2022-06-18 22:17:00

Kadırov KTMT ölkələrini buna görə QINADI

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın ən yaxın müttəfiqlərinin daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Putin rejiminə kifayət qədər dəstək verməməkdə ittiham edib.

Kadırov "Telegram"da KTMT-yə müraciət ünvanlayıb.

O, dünyanın bir çox ölkələrinin Ukraynanın mövqeyini tutmasına diqqət çəkərək, KTMT üzvlərinin “xüsusi əməliyyat”a niyə susduğunu soruşub.

Həmçinin Kadırov ölkələri “Amerika və Avropanın sanksiyalarından qorxduqlarına” görə qınayıb:

"Müttəfiq varsa, o qərar verməlidir... Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Rusiyaya dəstək azım olanda isə (dəstək - red.) hamı susur, sanksiyalardan qorxursan", - deyə Kadırov KTMT ölkələrini qınayıb.  \\Unikal