Kadırov: Mariupolun 95%-i ələ keçirilib
2022-03-31 10:16:00
Mariupol artıq 90-95% azad edilib, Ukrayna ordusunun gizləndiyi sonuncu dayağı “Azovstal” iri metallurgiya zavodudur.
Hurriyyet.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
“Mariupol artıq 90-95 faiz bandera zalımlarından, nasistlərdən və çeçendilli şeytanlardan azad edilib. İnsanlar sığınacaqlarından küçələrə axışır, partlayışlardan və aclıqdan beziblər. Bəziləri hətta maşınlarını sürür, Rostov-Dona getmək fikrindən danışır. Şəxsi nəqliyyatla Mariupola qayıdanlar da var”, - Kadırov bildirib.