Kadırov: “Mənə heç kim zəng edib nə deməli olduğumu tapşırmır”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin yaxın əhatəsinə daxil olmadığını, lakin lazım gəldiyi zaman ona zəng edə bildiyini söyləyib.
Kadırov “İnstaqram”da canı efirdə çıxış edərək deyib: “Mənim region rəhbəri kimi ölkə başçısı ilə münasibətlərim var. Mən nə Prezidentin, nə də hökumət başçısının yaxın əhatəsinə daxil deyiləm. Bəli, mənim əlaqələrim var. Mənim fikrimcə, keçmişdə Əhməd Hacı (Kadırov – red.) ilə Vladimir Putin arasında olmuş dostluq münasibətlərinə görə məni bağışlayır, dəstəkləyir və mənə dözürlər”.
“Heç vaxt heç kim mənə Ukrayna və ya digər dövlətlərlə bağlı açıqlamalar verməyi tapşırmayıb. Mənə heç kim zəng edib belə açıqlamalar verməli olduğumu söyləmir. Ölkə subyektinin başçısı kimi, Prezidentdən başlayaraq, bütün rəhbər şəxslərlə, nazirlərlə, administrasiya əməkdaşları ilə əlaqəm var. Bəli, lazım gələndə Prezidentə zəng edirəm, o da cavab verir, dəstəkləyir, sosial-iqtisadi məsələlərin həlli üçün lazımi qərarlar verir. Dövlət başçısı kimi o həmişə region rəhbərləri ilə əlaqə saxlayır”.
Bundan əvvəl Kadırov bəyan eləmişdi ki, “Ukrayna Prezidenti Vladimir Zelenski antirusiya siyasətinə davam eləsə, Ukraynanın Rusiyaya birləşdirmək lazım gələcək”. Kadırov bunun ardınca növbəti açıqlamasını verərək, söylədiklərinin şəxsi fikri olduğunu demişdi.
Hürr Tərcüman