📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırov yenə özünü biabır etdi - İddiası yalan çıxdı

2022-05-06 14:24:00

Kadırov yenə özünü biabır etdi - İddiası yalan çıxdı

“”Svetliçnoye” qəsəbəsi tamamilə azad edilib. Əziz qardaşım, general-mayor Şarip Delimxanovun rəhbərliyi ilə çeçen döyüşçülərinin kordinasiyalı irəliləməsi nəticəsində qəsəbəni azğınlaşmış quldurlardan təmizləmək mümkün olub”.

Hurriyyet.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov özünün şəxsi “Telegram” hesabında bəyan edib.

Ancaq Kadırovun qeyd etdiyi Luqansk vilayətinin “Svetliçnoye” qəsəbəsinin 2014-cü ildə qondarma “lnr” qoşunları tərəfindən işğal edildiyi ortaya çıxıb. Kadırovun 8 il əvvəl işğal edilmiş qəsəbəni yeni zəfər kimi təqdim etməsi, beynəlxalq mediada gülüş obyektinə çevrilib.

Eyni zamanda qeyd olunub ki, “Svetliçnoye” qəsəbəsi real döyüş mövqelərindən 100 kilometr uzaqlıqda yerləşir.