📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırovçular Ukrayna əsgərinə kömək edən azərbaycanlı gənci öldürdülər - VİDEO

2022-11-15 16:54:00

Kadırovçular Ukrayna əsgərinə kömək edən azərbaycanlı gənci öldürdülər - VİDEO

Zaporojye vilayətinin Vasilevski rayonunda azərbaycanlı gənc işgəncə ilə öldürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə informasiyanı Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov yayıb.

“Həmin gənc döyüşlər zamanı ukraynalı yaralı əsgəri evinin həyətindəki zirzəmidə gizlədib. Rusiyalı hərbçilər (onların kadırovçular olduğu bildirilir) ukraynalı əsgərə kömək etdiyi üçün həmvətənimizə işgəncə veriblər. Nəticədə o, həlak olub”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Xersondan çıxarılan Rusiya ordusunun hərbi bölmələri Donetskdə, əsasən Baxmut rayonunda cəmləşdirilib:

"Donbas istiqamətində Rusiyanın hücumları intensivləşə bilər".