📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırovun azyaşlı oğulları terrorla mübarizəyə görə mükafatlandırıldı

2023-03-29 00:02:00

Kadırovun azyaşlı oğulları terrorla mübarizəyə görə mükafatlandırıldı

Ramzan Kadırovun azyaşlı oğulları terrorla mübarizəyə görə mükafatlandırılıb.

Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.

Axmat və Adam Kadırovlar Daxili İşlər Nazirliyinin “Terrorçuluğa qarşı mübarizədə fərqlənməyə görə” döş nişanları ilə təltif ediliblər.

Axmat və Adam Kadırovun konkret olaraq terrora qarşı nə etdiklərini nazir açıqlamayıb. \\KONKRET.az