Kadırovun dəstələri Kiyev yaxınlığındadır
2022-03-11 11:30:00
Kiyev yaxınlığında Kadırovun “mühafizə dəstələri” adlanan dəstələri yerləşdirilib ki, bu da rus əsgərlərin geri çəkilməsinə imkan vermir. Bunu “Uaraz” telemarafonunun efirində Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fyodor Venislavski deyib.
"İşğalçı kontingentin daxilində müdafiə dəstələrinin yaradıldığı barədə məlumatlar var. Yəni Stalinin və Hitlerin döyüş üsulları təkrarlanır", deyə Venislavski bildirib.
Onun sözlərinə görə, Kadırov qoşunlarının belə dəstələri Kiyev, İrpen, Qostomel, Buça istiqamətindədir. Onlar Ukrayna Silahlı Qüvvələrini atəşə tutmaqla hərbi toqquşmalardan yayınan Rusiya hərbçilərini atəş zərbəsinə tus gəlməkdən qorumağa çalışırlar.
Ülviyyə, Hurriyyet.az