Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
2026-11-26 11:57:45
İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb.
Hurriyyet.net xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.
İlkin məlumata görə, bıçaqlanma kafedə hesabın ödənilməsi üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.