📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kafedə mübahisə edib xəstəxanada döyülən mühafizəçi kimdir?

2024-06-08 21:45:18

Kafedə mübahisə edib xəstəxanada döyülən mühafizəçi kimdir?

Hurriyyet.az Report.Az-a istinadla xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəlludlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.

Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə sonra xəstəxanada davam edib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın ictimayətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova "Report"un yerli bürosunun sorğusuna açıqlamasında faktı təsdiqləyib, yaralınin xəstəxana şəraitində mualicə aldığnı bildirib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.