📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kahı” və “kərəviz” yükündən 79 kq-dan çox narkotik çıxdı - Foto

2026-09-21 16:48:30

“Kahı” və “kərəviz” yükündən 79 kq-dan çox narkotik çıxdı - Foto

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib. Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd “kərəviz” formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.