Kaliforniya ilə Texas müstəqil dövlət olacaqlarmı? – Mask Medvedevə cavab verdi
Hurriyyet.az xəbər verir ki, “Tvitter”, “Tesla”, “SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin geosiyasi proqnozuna reaksiya verib. Mask sosial şəbəkədəki hesabında rusiyalı siyasətçinin proqnozlarını “epik” adlandırıb və öz şərhinə heyrətlənən işarə əlavə edib.
Mask yazıb: “Epik söhbət! Sözsüz ki, bunlar həyatımda eşitdiyim ən absurd proqnozlardır. Həmçinin, süni intellektin və sabit enegetikanın tərəqqisindən tamamilə məlumatsız olduğunu göstərir”.
Medvedev dekabrın 26-da öz proqnozunu dərc edərək, 2023-cü ilin “ən gözlənilməz, hətta absurd fərziyyələrini” sadalamışdı. Medvedin proqnozlarına görə, ABŞ-ı vətəndaş müharibəsi gözləyir, Kaliforniya ilə Texas isə müstəqil dövlətlər olacaqlar. Medvedev yazmışdı: “Vətəndaş müharibəsindən sonra ştatların bir qismində reslublikaçılar möhkəmlənəcək, İlon Mask isə Prezident seçkilərində qalib olacaq”.
Hürr Tərcüman