“Kalininqrad” yox, “Krulevets” – Polşadan Rusiyaya qarşı qərar
2023-06-01 13:22:00
Hurriyyet.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, Polşada Rusiya ilə sərhəddə yerləşdirilmiş “Kalininqrad” yazılı lövhəciklər “Krulevets” yazılanlarla dəyişdirilir. Sərhəd zonasında yerləşən 26 lövhənin hamısının dəyişdiriləcəyi bildirilir.
Varşavanın Rusiya ərazisindəki Kalininqrad şəhərinin adını dəyidirməsi qərarı mayın 10-da bəyan edilib. Polşa xaricindəki coğrafi adların standartlaşdırılması üzrə komissiya bildirib ki, hər bir ölkənin onun mədəni irsini təşkil edən ənənəvi adlardan istifadə eləmək hüququ var.
Hürr Tərcüman
.png)