"Kamal Kılıçdaroğlu prezident olmayacaq" - FƏRHAD MEHDİYEV
"Odur ki, 28 May gecəsi növbəti balkon konuşması olacaq, həmin balkondan bizim bayram da təbrik olunacaq"
"Sinan Oğanın həmləsinin Rəcəb Tayyib Ərdoğana gətirəcəyi əlavə səs 2-3 faiz ətrafındadır. Çünki birinci turda ona verilən səslərin bir hissəsi də Rəcəb Tayyib Ərdoğana səs vermək istəməyənlərdir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevə məxsusdur.
Politoloq hesab edir ki, ikinci turda onların səsi "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğluna gedəcək: "Amma Kamal Kılıçdaroğlu yenə də prezident olmayacaq. Buna ümid bəsləyənlər türk toplumunu, siyasətini, onun alətlərini çox da yaxşı tanımayan insanlardır. Odur ki, 28 May gecəsi növbəti balkon konuşması olacaq. Həmin balkondan bizim bayram da təbrik olunacaq, yəni o balkon konuşmasında bizim də payımız olacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az