📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamala Harris: "Birlikdə qalib gələcəyik"

2024-07-22 09:29:53

Kamala Harris:

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris Prezident Cozef Baydenin təklifindən sonra Demokratlar partiyasından rəsmi namizədliyini irəli sürməyə və 2024-cü ilin noyabr ayında keçiriləcək seçkilərdə Respublikaçıların namizədi Donald Trampa qalib gəlməyə hazırlaşdığını bəyan edib.
Harris deyib: "Donald Trampa qalib gəlmək üçün Demokratlar partiyasının və ölkəmizin birləşməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm".
Harris namizədliyini irəli sürdüyü üçün Baydenə təşəkkürünü bildirib və onun prezidentliyə namizədliyini geri götürməsini "fədakarlıq və vətənpərvərlik" adlandırıb.
Harris deyib: "Bizim seçkilərə qədər 107 günümüz var. Birlikdə mübarizə aparacağıq. Birlikdə qalib gələcəyik". 
Hürr Tərcüman