📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamala Harris Viktor Orbanı təhqir edib

2024-10-09 16:18:26

Kamala Harris Viktor Orbanı təhqir edib

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris "CBS News" telekanalına müsahibəsində Macarıstanın Baş naziri Viktor Orbanı, Çin Xalq Respubliksının sədri Si Cinpini, həmçinin Şimali Koreyanın rəhbəri Kim Çen Inı "diktatorlar" və "qatillər" adlandırıb. "Late Show with Stephen Collbert" verilişinin aparıcısı söhbə zamanı digər namizəd Donald Trampın adları çəkilən siyasi liderlərlə yaxşı münasibətdə olduğunu vurğuladığını qeyd edib.
Harris isə bunun cavabında deyib: "Onlar diktatorlar, avtokratlar və "qatil" adlandırılacaq şəxslərdirlər. Respublikaçıların namizədi özü də belə ad almağa doğru can atır". 
Hürr Tərcüman