“KamAz” dəmir maneələrə çırpıldı - Sürücü öldü
2026-11-08 20:42:35
Qazaxda “KamAz”ı dəmir maneələrə çırpan sürücü ölüb.
Hurriyyet.net xəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov “KamAz” markalı avtomobili idarə edərkən idarəetməni itirib və avtomobil dəmir maneələrə çırpılıb.