📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamçatkada güclü zəlzələ baş verdi

2025-10-25 17:42:49

Kamçatkada güclü zəlzələ baş verdi

Rusiyanın Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib.

Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 373 kilometr aralıda qeydə alınıb.

Zəlzələnin episentri 22,2 kilometr dərinlikdə yerləşib.

Axar.az