📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - Video

2026-08-23 14:42:41

Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - Video

Rusiyanın Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu haqda Hurriyyet.media -ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, T. Dolivetsin səhhətində hər hansı problem yoxdur:

“Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb”.