Kamil Cəlilov vəfat etdi
2022-02-23 10:51:00
Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev instaqramda məlumat verib.
Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır.
Allah rəhmət eləsin!