Kamilə Babayevanı it dişlədi, xəstəxanalıq oldu - Yenilənib
2022-06-08 17:12:00
Aparıcı Kamilə Babayevanı it dişləyib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə Novxanı qəsəbəsində bağ evində baş verib.
İt aparıcının əl-ayağını dişləyib.
K. Babayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.
***
Kamilə Babayeva evə buraxılıb, özünü yaxşı hiss edir.