📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamran Əliyev Draqo Kosla görüşdü - Fotolar

2026-10-27 19:27:06

Kamran Əliyev Draqo Kosla görüşdü - Fotolar

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilir.

Hurriyyet.net  məlumatına görə, görüş çərçivəsində Baş prokuror Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının (IACA) rəhbəri Draqo Kos ilə görüşüb.

Görüşdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Akademiya ilə əməkdaşlığın prokurorluq əməkdaşlarının peşəkar hazırlığının və antikorrupsiya sahəsində institusional potensialın gücləndirilməsində əhəmiyyəti vurğulanıb.

Tərəflər azərbaycanlı prokurorların Akademiyanın akademik proqramlarında və təlimlərində iştirakını, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini, eləcə də birgə təlim və tədqiqat təşəbbüslərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Draqo Kos Azərbaycan Baş Prokurorluğu ilə Akademiya arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı fəaliyyətin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı həmçinin antikorrupsiya sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və mövcud əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.