Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşüb
İyulun 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Abdullah Əhməd ilə görüşüb.
Baş Prokuroluqdan APA-ya verilən xəbərə görə, qonaqları salamlayan Baş prokuror geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla İraq arasında hüquqi əməkdaşlığın uğurlu başlanğıcı kimi qiymətləndirib.
Kamran Əliyev hər iki dövlətin prezidentlərinin birgə səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.