📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamran Əliyev köməkçisinə yüksək vəzifə verdi

2022-12-23 15:15:00

Kamran Əliyev köməkçisinə yüksək vəzifə verdi

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Hurriyyet.az xəbər verir ki, əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.

Qeyd edək ki, Mahir Abbasov əvvəllər Füzuli hərbi prokurorluğunda, daha sonra uzun müddət dövlət ittihamçısı kimi çalışıb. Prokurorluq orqanlarına işə test üsulu ilə qəbul olunub

musavat.com