📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamran Əliyev səs yazısı yayılan prokuroru İŞDƏN ÇIXARDI

2022-01-27 12:24:00

Kamran Əliyev səs yazısı yayılan prokuroru İŞDƏN ÇIXARDI

2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli vəzifədən çıxarılıb.

Qətldən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimov onu qəbul edən Vahid Məmmədlinin istintaqa təzyiqləri barədə danışmışdı və bu dialoqun səs yazısı Baş Prokurorluğa təqdim edildikdən sonra V. Məmmədli barəsində xidməti yoxlama başlanmışdı.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, prokurorun hərəkətləri barədə N.Kərimovun müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan yoxlama materialı Vahid Məmmədlinin intizam məsuliyyətinə cəlb edilməsi üçün Etik Davranış Komissiyasına göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva sorğumuza cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vahid Məmmədli tutduğu vəzifədən azad edilib.