📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamran Əliyev yeni rəis təyin etdi

2026-02-05 19:06:52

Kamran Əliyev yeni rəis təyin etdi

Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.

News24.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Verdiyev Amid Asif oğlu Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.(yenisabah)