📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamran Əliyevdən yeni təyinat

2022-01-05 11:23:00

Kamran Əliyevdən yeni təyinat

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Mətbuat xidmətindən Hurriyyet.az-a verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilərək Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi, idarə rəisinin müavini vəzifəsinə təyin edilib.