📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kamran Əsədovun qaynı işdən çıxarıldı - FOTO

2026-01-23 22:00:58

Kamran Əsədovun qaynı işdən çıxarıldı - FOTO

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.

Hurriyyet.az Unikal.az-a istinadən xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssisi vəzifəsindən ayrılıb.

O, 2025-ci il dekabr ayının 12-də öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, yanvar ayının 22-də Gəncə şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.

Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin B.Hüseynli hakimin sualına tam cavab verə bilməyib.

 

Bakupost.az