Kanada 20 min vətəndaşını Livandan çıxarmağa hazırlaşır
2024-08-13 18:10:39
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kanada 20 min vətəndaşını Kipr vasitəsi ilə Livandan çıxarmağa hazırlaşır. Bu barədə "Cyprus Mail" nəşri məlumat verib. Nəşrin yazdığına görə, Böyük Britaniya da daxil olmaqla, azı 10 ölkə öz vətəndaşlarının Yaxın Şərqdən çıxarılması üçün Cənubi Kiprə müraciət ediblər. Ottava isə zərurət yarandığı təqdirdə, 20 min nəfərə qədər Kanada vətəndaşının təcili təxliyə edilməsi barəsində Nikosiya rəhbərliyi ilə razılığa gəlib. Razılıq hələ avqustun 6-da, XİN rəhbərləri səviyyəsində əldə edilib.
Avqustun 12-də isə Kanadanın Baş naziri Castin Tryudo ölkə vətəndaşlarını mümkün qədər tez bir zamanda Livanı tərk etməyə çağırıb.
Hürr Tərcüman