Kanada ABŞ ilə ticarət müqaviləsi imzalamayacaq - Baş nazir
2026-10-29 16:41:51
Kanada hələ ABŞ ilə ticarət sazişi bağlamağa hazır deyil.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib.
Onun sözlərinə görə, Ottava kanadalıların maraqlarına xidmət edəcək bir razılaşma əldə etməyə çalışır.
"Kanadanın maraqlarına xidmət edən, eyni zamanda ABŞ-nin maraqlarını nəzərə alan sövdələşmə variantları mövcuddur. Əgər belə sazişlərin bağlanması üçün imkanlar yaranarsa, biz onları həyata keçirəcəyik. Lakin biz hələ o mərhələdə deyilik".