Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına daxil oldu – Şimali Amerika qitəsində yerləşsə də
2023-07-19 20:23:00
Güdükçülərin sayı artır
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi Kanadanın Avropa İttifaqının Ermənistandakı missiyasına daxil olmaq təklifini qəbul edib. Avropa İttifaqı Şurasının Siyasət və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarında deyilir: “Kanadanın Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töfhəsi qəbul edilib və mühüm hesab edilir. Kanada EUMA-nın büdcəsinə vəsait köçürməkdən azad edilib”.
Qeyd edək ki, Kanada dövləti Avropa İttifaqının üzvü deyil və Şimali Amerika qitəsində yerləşir.
Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəd ərazilərdə monitorinq aparmaqla məşğul olur.
Hürr Tərcüman