Kanada baş nazirindən Trampın təhdidlərinə cavab: “Heç kim bizə diktə edə bilməz”
Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq ölkəsi ilə Avropa İttifaqı arasındakı münasibətlərin daha da dərinləşəcəyini və Ottavanın təzyiqlərə boyun əyməyəcəyini bildirib.
Hurriyyet.media xarici mediaya istinadla xəbər verir ki, M.Karni deyib: "Bu ittifaq müsbət bir prosesdir. Mənim ABŞ prezidentinə verəcəyim cavab budur".
Baş nazir hesab edir ki, "daha güclü, daha dözümlü Kanada ABŞ üçün daha təsirli tərəfdaş olacaq". O vurğulayıb ki, kanadalılar bir fikirdə həmrəydir ki, heç kimin bizə hansı dildə danışacağımızı, kiminlə müqavilə bağlayacağımızı diktə edə bilməz.
Bir gün əvvəl Donald Tramp Kanadaya assosiativ üzv statusu veriləcəyi təqdirdə Avropa İttifaqına yüksək tariflər tətbiq etməklə və ya bir neçə ərazidə ticarəti dayandırmaqla hədələyib. Tramp Kanadanın Aİ-yə qoşulma perspektivini "gülünc", Ottavanı isə "dəhşətli ticarət tərəfdaşı" adlandırıb.