Kanada öz hərbçilərini Ukraynadan çıxarır
2022-02-14 10:55:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kanada rəhbərliyi Ukraynadakı hərbi kontingentinin bir hisəsini Avropanın başqa ölkələrinə göndərməyi qərara alıb. Bu barədə açıqlamanı Kanadanın Müdafiə Nazirliyi verib. Açıqlamada hərçilərin çıxarılmasının səbəbinin “yaranmış mürəkkəb operativ şərait” olduğu deyilir. Köçürüləcək hərbçilərin sayı, onların hansı ölkəyə köçürüləcəyi barəsində məlumat verilmir. Söhbətin Kanadanın “Unifier” missiyasında xidmət edən hərbçilərdən getdiyi bildirilir.
Hürr Tərcüman